...

ADU-da “Hindistan olduğu kimi” adlı layihə çərçivəsində seminar təşkil edilib (FOTO)

Cəmiyyət Materials 15 Aprel 2022 09:55 (UTC +04:00)
ADU-da “Hindistan olduğu kimi” adlı layihə çərçivəsində seminar təşkil edilib (FOTO)

Bakı. Trend:

Hindistanın Bakıdakı Səfirliyi Azərbaycan Dillər Universitetinin (ADU) Hind Dili və Mədəniyyəti Mərkəzi ilə birgə ADU-da “Hindistan olduğu kimi” adlı layihə çərçivəsində seminar təşkil edib.

Tədbirin açılışında ADU-nun prorektoru Jalə Qəribova, Hindistan səfirliyinin ikinci katibi Ajay Kumar Pandey və Hind Dili və Mədəniyyəti Mərkəzinin direktoru Səidə Mirzəyeva çıxış ediblər.

Tədbirdə ADU-nun digər yüksək vəzifəli şəxsləri və tələbələri də iştirak ediblər.

Seminarda “Hindistan-Azərbaycan münasibətləri”, “Hindistanın fəlsəfəsi”, “Karma fəlsəfəsi” mövzularında məruzələr oxunub.

ADU-nun baş müəllimi Sevda Abuzərli vedalar və upanişadlar haqqında danışıb, Ramil Əliyev isə dinləyicilərə karmanı izah edib.

Hind Dili və Mədəniyyəti Mərkəzinin direktoru Səidə Mirzəyeva, həmçinin hind mədəniyyətinin zənginliyi haqqında şeir söyləyib.

Tədbirdə bir neçə hind və Azərbaycan rəqsləri də ifa olunub.

Sessiyanın sonunda Hindistanın Bakıdakı Səfirliyi tərəfindən iştirakçılara təşəkkür və minnətdarlıq əlaməti olaraq sertifikatlar paylanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti