...

ADPU-nun tədqiqatçıları pedaqoji kadr hazırlığında Türkiyə təcrübəsini öyrənir (FOTO)

Cəmiyyət Materials 29 Aprel 2022 13:36 (UTC +04:00)

Bakı. Trend:

“Müasir təlim texnologiyalarına və beynəlxalq təcrübəyə əsaslanan yeni məzmunlu təhsilin Azərbaycan Dövlət Pedaqoji Universitetində tətbiqi” mövzusunda “Mentorluq fəaliyyətinin tətbiqi nəticəsində tədqiqata əsaslanan məzmunun həyata keçirilməsi” istiqamətinə dair qrant layihəsi çərçivəsində ADPU-nun Elmi Tədqiqar Mərkəzinin Tətbiqi Tədqiqatlar bölməsinin müdiri dosent Gülşən Novruzova və bölmənin kiçik elmi işçisi Əlvan Cəfərov Türkiyə Cümhuriyyətinin Ankara şəhərində ezamiyyətdə olmuşlar.

Səfərin məqsədi Ankaranın Hacettepe Universitetinin Ədəbiyyat fakültəsi və Qazi Universitetinin Təhsil fakültələrində filologiya ixtisası üzrə pedaqoji kadr hazırlığı işində Türkiyə təcrübəsinin öyrənilməsidir.

Səfər müddətində Hacettepe və Qazi universitetlərində tədris prosesinin təşkili məsələləri ilə bağlı müzakirələr aparılmış, əməkdaşlar bir sıra dərslərin tədrisi prosesində müşahidəçi qismində iştirak etmişlər. Hər iki universitetdə dəyirmi masa təşkil olunub.

Hacettepe Universitetinin Ədəbiyyat fakültəsinin dekanı professor Mehmet Öz qonaqları fakültədə tədris olunan fənlər barədə məlumatlandıraraq dərslərin Avropa təhsil sisteminə uyğun tədris olunduğunu bildirib.

Qazi Universitetlinin Təhsil fakültəsinin dekanı professor Mahmut Selvi ilə Türkiyənin təhsil təcrübəsinin öyrənilməsi yönündə fikir mübadilələri aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti