...

Bakıda Save Soil qlobal hərəkatına həsr olunmuş tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 1 May 2022 16:46 (UTC +04:00)
Bakıda Save Soil qlobal hərəkatına həsr olunmuş tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Bu gün Bakıda Azərbaycanda səfərdə olan hindistanlı yoqin Sadhqurunun (Caggi Vasudev) təşəbbüsü ilə “Torpağı Xilas edək” (Save Soil) qlobal hərəkatına həsr olunmuş tədbir keçirilib.

Trend xəbər verir ki, tədbirdə çıxış edən Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna bildirib ki, “Torpağı Xilas edək” hərəkatı Hindistanın mədəni dəyərlərini təmsil edən qlobal Sadhquru hərəkatıdır.

Onun sözlərinə görə, Hindistan Yer kürəsini daha da davamlı etmək üçün tədbirlər görməyə sadiqdir.

"Ümid edirəm ki, Sadhqurunun Bakıya səfəri belə bir qlobal problemi anlamağa kömək edəcək, həmçinin Azərbaycan və Hindistan xalqları arasında dostluq münasibətlərini möhkəmləndirəcək", - səfir bildirib.

Səfir ümidvar olduğunu bildirib ki, insanlar Yer kürəmizin xilası üçün birgə tədbirlərin görülməsinin zəruriliyinə əmin olacaqlar.

Sadhquru özü qonaqlara mühazirə oxudu və ətraf mühitin qorunması üçün dünyanın hər yerindən insanları birləşdirmək təşəbbüsündən, becərilən torpaqda üzvi maddələrin tərkibinin artırılmasına yönəlmiş milli siyasət və tədbirlərin işlənib hazırlanmasında bütün ölkələrin liderlərini dəstəyindən danışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti