...

Hava şəraiti ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib - SOCAR

Cəmiyyət Materials 6 May 2022 11:53 (UTC +04:00)
Hava şəraiti ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib - SOCAR

Bakı. Trend:

Hava şəraitinin dəyişməsi, qeyri-sabit keçməsi ilə bağlı SOCAR dəniz və qurudakı istehsalat sahələrində təhlükəsizlik tədbirlərini gücləndirib, təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər görülüb.

SOCAR-dan Trend-ə verilən məlumata görə, təhlükəsizlik tədbirləri çərçivəsində müəyyən istehsalat sahələrindən işçilərin təxliyəsi həyata keçirilib.

Həmçinin bütün sahələrdə maarifləndirmə işləri aparılır, mövcud vəziyyət daim nəzarət altındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti