...

Şuşada keçirilən Beynəlxalq Kulinariya Festivalı dünyanın hər yerindən qonaqları bir araya toplayıb - Stalik Xankişiyev (FOTO)

Cəmiyyət Materials 8 May 2022 17:20 (UTC +04:00)
Şuşada keçirilən Beynəlxalq Kulinariya Festivalı dünyanın hər yerindən qonaqları bir araya toplayıb - Stalik Xankişiyev (FOTO)

Şuşa. Trend:

Şuşada keçirilən I Beynəlxalq Kulinariya Festivalı dünyanın hər yerindən qonaqları bir araya toplayıb.

Bunu Trend-ə tanınmış rusiyalı kulinar, teleaparıcı və videobloger, Özbək və Azərbaycan mətbəxlərinə həsr edilmiş bir sıra kitabların müəllifi Stalik Xankişiyev deyib.

"Bütün əcnəbi qonaqları əvvəlcə Bakı valeh etdi, lakin biz erməni işğalından azad edilmiş ərazilərə gələndən sonra mən onlara burada baş verənləri danışıb izah etməli oldum. Şuşa şəhərinin qədim tarixindən, işğaldan azad edilməsindən danışdım və mənim sözlərim qonaqlar tərəfindən alqışlarla qarşılandı. Onlar azərbaycanlıların necə xalq olduğunu, burada necə mətbəxin olduğunu gördülər! Bildiyiniz kimi, mən Özbəkistanda anadan olmuşam və bir vaxtlar ulu həmyerlim Əmir Teymur böyük binalar tikdirirdi, onun ətrafı da soruşurdu ki, biz nə üçün böyük vəsait tələb edən belə binalar tikməliyik. O isə cavabında bildirirdi ki, qoy başqa ölkələrdən gəlsinlər və bizim necə insanlar olduğumuzu görsünlər. Obrazlı ifadə edərək demək istəyirəm - qoy başqa ölkələrdən gəlsinlər, Azərbaycan yeməklərini dadsınlar və burada necə istedadlı və xeyirxah, cəsur və mehriban insanların yaşadığını öyrənsinlər", - deyə Şuşada öz kitablarını təqdim edən, ustad dərsləri verən və özbək mətbəxindən yeməklər bişirən Stalik Xankişiyev bildirib.

Qeyd edək ki, Şuşada Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə birinci Beynəlxalq Kulinariya Festivalı keçirilir.

Mayın 5-dən 8-dək keçiriləcək festivalda Türkiyə, Rusiya, Almaniya, Avstriya, Çin, Fransa, Gürcüstan, İran, İsrail, İtaliya, Malayziya, Yaponiya, Belçika, Çexiya, Kanada, Cənubi Koreya, Qazaxıstan, Özbəkistan və digər ölkələrdən kulinarlar, beynəlxalq ekspertlər, qida sahəsinin nümayəndələri və blogerlər iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti