...

MTK riyaziyyat fənni üzrə 2 il ardıcıl olaraq ölkə birincisi oldu və ABŞ-da Azərbaycanı təmsil etdi (FOTO)

Cəmiyyət Materials 18 May 2022 10:00 (UTC +04:00)
MTK riyaziyyat fənni üzrə 2 il ardıcıl olaraq ölkə birincisi oldu və ABŞ-da Azərbaycanı təmsil etdi (FOTO)

Bakı. Trend:

Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin şagirdləri Abbasova Leyla, Mirzəli Nigar və müəllimləri Hüseynov Eldəniz bu il keçirilən Azərbaycanın ən nüfuzlu yarışmalarından olan “Sabahın Alimləri” müsabiqəsində riyaziyyat fənni üzrə 1-ci yer nominasiyasına layiq görülərək ölkəmizi ABŞ-da keçirilən dünyanın ən böyük müsabiqələrindən biri olan “Intel ISEF - Beynəlxalq Elm və Mühəndislik” müsabiqəsində təmsil edirlər. Onların yarışmaya qatıldığı “Vektorların köməyi ilə bəzi cəbri məsələlərin həlli” adlı layihəsində bir sıra mürəkkəb cəbri misalların daha praktik həll üsulundan bəhs olunur.

Ötən il keçirilən “Sabahın Alimləri” X Respublika müsabiqəsində riyaziyyat fənni üzrə 1-ci yer nominasiyasına layiq görülən Kompleksimizin şagirdi Rafiq Qasımov ABŞ-da keçirilən “Intel ISEF - Beynəlxalq Elm və Mühəndislik” müsabiqəsində Azərbaycanı təmsil etmişdir. O, hal-hazırda Almaniyanın Karlsrue Texniki İnstitutunun Komputer elmləri fakültəsində təhsil alır.

Riyaziyyat fənni üzrə 2 il ardıcıl olaraq ölkənin ən nüfuzlu yarışmalarından olan “Sabahın Alimləri” müsabiqəsində 1-ci yerə layiq görülmək və ABŞ-da Azərbaycanı təmsil etmək Kompleksimiz üçün olduqca böyük nailiyyətdir. Ölkə xaricində keçirilən beynəlxalq turnirlərdə Vətənimizi təmsil edən bütün şagirdlərə uğurlar arzulayırıq.

https://www.mtk.edu.az/az20/

Səməd Vurğun küçəsi 151

www.mtk.edu.az

[email protected]

+994552028401

Məqalədə:
Xəbər lenti

Xəbər lenti