...

“Allergik xəstəliklərin diaqnostikası və müalicəsinə müasir yanaşmalar” mövzusunda beynalxalq elmi seminar keçirilib (FOTO)

Cəmiyyət Materials 23 May 2022 18:19
“Allergik xəstəliklərin diaqnostikası və müalicəsinə müasir yanaşmalar” mövzusunda beynalxalq elmi seminar keçirilib (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

23 may 2022-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə “Allergik xəstəliklərin diaqnostikası və müalicəsinə müasir yanaşmalar” mövzusunda beynalxalq elmi seminar keçirilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə keçirilən müxtəlif beynalxalq elmi və tibbi tədbirlər barədə danışıb.

Şahlar Mirqasım deyib: “Mərkəzi Gömrük Hospitalı pandemiya dövründə 22 ay ərzində yalnız COVID-19 xəstələrinin müalicəsi ilə məşğul olsa da, eyni zamanda COVID-19 infeksiyasının müalicəsinə həsr edilmiş müxtəlif onlayn konfranslar və vebinarlar təşkil etmiş, tibbin müxtəlif sahələrinə, o cümlədən transplantologiya, pediatriya və ginekologiya sahələrində COVİD-19 xəstəliyinin müalicəsində olan aktual məsələlər müzakirə edilmişdir. Tədbirin mövzusunun əhəmiyyətini qeyd edən Ş.Mirqasım çıxışının sonunda seminarın işinə uğurlar arzulayıb, dinləyiciləri müzakirələrdə, sual-cavab sessiyalarında fəal iştirak etməyə dəvət edib.

Mərkəzi Gömrük Hospitalının rəis müavini Rəna Qasımovanın moderatorluğu ilə keçirilən beynəlxalq elmi seminarda Azərbaycan, Qazaxıstan və Rusiyadan olan ekspertlərin 4 məruzəsi teqdim olunub:

Nursultan şəhəri, Astana Tibb Universitetinin allerqologiya, hematologiya və endokrinologiya üzrə uşaq xəstəlikləri kafedrasının assistenti Oksana Usenova "Allergiyanın müasir diaqnostikası: skrininqdən molekulyar səviyyəyə qədər" mövzusunda, Rusiyanın Moskva şəhərindən Uşaq Allerqoloqları və İmmunoloqları Assosiasiyanın vitse-prezidenti, Diplomdan sonrakı Təhsil Akademiyasının Kliniki immunologiya və allerqologiya kafedrasının professoru Yuri Smolkin "Klinik praktikada molekulyar allerqodiaqnostikanın üstünlükləri" mövzusunda, Azərbaycan Respublikasının əməkdar həkimi, “Makrobioz” Klinikasının baş direktoru Faizə Əliyeva “Allergik xəstəliklərin profilaktikasına inteqrasiya yanaşmaları” və “Makrobioz” Klinikasının həkim-diyetoloqu Emil Qidayətli “Allergik hallarda iltihab əleyhinə pəhrizin effektivliyi” mövzusunda çıxış ediblər.

Təqdimatlarda allergik xəstəliklərin dəqiq diaqnostikasının müasir üsulları, düzgün terapevtik müdaxilələrin, seçilməsi, o cümlədən pəhriz saxlanılan zaman qida məhdudiyyətlərinin seçilməsinə yanaşmalar barədə ətrfalı məlumat verilib. .

Hibrid formatında keçirilən tədbir, Mərkəzi Gömrük Hospitalının tibb personalının iştirakı ilə yanaşı, eyni zamanda onlayn şəkildə ZOOM platforması üzərindən həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti