...

Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasında Azərbaycanı təmsil edəcək şəxs müəyyənləşib

Cəmiyyət Materials 25 May 2022 12:43 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasının (CCBE) PECO Komitəsində Azərbaycan Vəkillər Kollegiyasını təmsil edəcək nümayəndənin adı müəyyənləşib.

Trend-in məlumatına görə, bu barədə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclasında qərar qəbul edilib.

Qərara əsasən, komitəyə Azərbaycanı təmsil edəcək nümayəndə kimi Rəyasət Heyətinin üzvü Elçin Usub seçilib.

Bu il iyun ayında Bolqarıstanda PECO-nun iclasında Elçin Usub nümayəndə kimi təqdim olunacaq və bu, Azərbaycanın ilk iştirakı olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti