...

Dərinizi yay üçün necə hazırlamaq və ona parlaqlıq vermək olar

Cəmiyyət Materials 31 May 2022 16:04 (UTC +04:00)
Dərinizi yay üçün necə hazırlamaq və ona parlaqlıq vermək olar

Bakı. Trend:

Yaya çox az qalıb, ona görə də dərinizin parlaqlığının qayğısına bu gündən başlamaq lazımdır. Yayda ilk növbədə nəmləndirici və asanlıqla dəriyə hopan, dəridə aktiv parıltı və plyonka effekti qoymayan məhsullara keçməlisiniz. Tətbiq olunan məhsullardan ən böyük effekt əldə etmək üçün dərini ölü hüceyrələrdən təmizləmək lazımdır. Ultrasəs pilinq bu işdə sizə kömək edəcək. Ultrasəs pilinq ASTHETIK LAB aparat kosmetoloji klinikasında ən populyar xidmətlərdən biridir. Prosedura tələbat dərinin növündən və baxımsızlıq dərəcəsindən asılı olmayaraq tez və zəmanətli nəticə ilə izah olunur. Bundan əlavə, bu cür pilinq narahatlıq yaratmır və reabilitasiya tələb etmir. Dərinizi yaya hazırlamaqda ikinci addım - nəmləndirmədir. Klinikamızda siz aparat mezoterapiyasından keçə bilərsiniz, bunun sayəsində tərkib dəriyə ağrısız, tez və effektiv şəkildə “çəkilir”. Mezokokteyllərin tərkibi dəri tipinizə, yaşınıza, dəri xüsusiyyətlərinə uyğun olaraq mütəxəssis tərəfindən seçilir. Aparat mezoterapiyası quru, solğun dərisi olan pasiyentlər üçün, qeyri-sağlam dəri rəngi olduqda tövsiyə edilir. Dərin qırışlar inyeksiya olmadan dərhal 30% azalır. Mezoterapiya alında, göz ətrafında və dodaq ətrafında yerləşən aydın qırışların korreksiyası üçün idealdır, dərinin elastikliyini və möhkəmliyini artırır və dərini vitaminlərlə təmin edir.

Həmçinin, yay ərəfəsində üz ovalının deformasiyasının aradan qaldırılması üzərində işləmək mütləqdir. 25 yaşdan sonra kollagen və elastinin sintezi tədricən azalır, dəri təbii elastikliyini və tonunu itirir, göz ətrafında ilk qırışlar əmələ gəlir. Onlara qarşı mübarizədə çoxları liftinq effektli üz kremi, üz ovalını qaldırmaq üçün müxtəlif maskalar və digər yanaşmalardan istifadə edir, lakin bu cür cavanlaşdırma üsulları dəri yaşlanmasının ciddi problemlərinin öhdəsindən gələ bilmir. Göstərişlərdən asılı olaraq, aparatla cavanlaşdırma kursu kosmetoloq tərəfindən fərdi olaraq seçilir. Bununla yanaşı, cərrahiyəsiz üz gərmə əməliyyatı üçün yuxarı yaş həddi yoxdur. Əməliyyatsız üz liftinqi bu gün reallığa çevrilib. Metodika reabilitasiya və ağrıkəsici tələb etmir, praktiki olaraq yan təsirlərə səbəb olmur. ASTHETIK LAB klinikasında sizə cərrahiyəsiz üz gərmə əməliyyatı üçün düzgün variant seçəcəklər: mikrotok terapiyası, SMAS-liftinq, RF-liftinq.

ÄSTHETIK LAB klinikası almaniyanın müasir avadanlığı ilə təchiz olunmuş üç korpusdan, 100 -dən çox prosedur otağından ibarətdir. Klinikanın əsas istiqamətləri aparat kosmetologiyası və trixologiyadır. Klinikada 100-dən çox mütəxəssis çalışır.

Ünvan: Аzadlıq prospekti 124.

Prosedurlara qeyd edilmiş əlaqə nömrələri ilə qeydiyyatdan keçə bilərsiniz: +994125555534, +994504000303

Məqalədə:
Xəbər lenti

Xəbər lenti