...

Bəzi hallarda mediada azyaşlıların adı, üzü göstərilməklə hüquqları pozulur - Ombudsman Aparatı

Cəmiyyət Materials 8 İyun 2022 11:36 (UTC +04:00)
Bəzi hallarda mediada azyaşlıların adı, üzü göstərilməklə hüquqları pozulur - Ombudsman Aparatı
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bəzi hallarda mediada azyaşlıların adı, üzü göstərilməklə uşaq hüquqları pozulur.

Trend-in məlumatına görə, bunu Ombudsman Aparatının müavini Aydın Səfixanlı "İnsan hüquqlarının qorunması media müstəvisində" mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, ifadə azadlığı tələb edilirsə, ləyaqət hüquqlarının qorunması da unudulmamalıdır.

"Cinayəti qadın törətdiyində qəribə başlıq gedir ki, "Qadın cinayətkarın törətdiyi əməl". Biz cinayətkarı cinsiyyətini görə ayırmırıq. Cinayət edən şəxs qanunları pozur və hüquqi cəhətdən onlar barəsində bu mənada müvafiq tədbirlər görülür", - A.Səfixanlı deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti