...

Bakı və Naxçıvanda rezidenturaya qəbul imtahanı keçiriləcək

Cəmiyyət Materials 13 İyun 2022 18:05 (UTC +04:00)
Bakı və Naxçıvanda rezidenturaya qəbul imtahanı keçiriləcək

Bakı. Trend:

Rezidenturaya qəbul imtahanının I mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi) 2-ci cəhdi iyunun 19-da Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.

Bu barədə Trend-ə Dövlət İmtahan Mərkəzindən xəbər verilib.

“İmtahana buraxılış vərəqəsi” çap etmək üçün https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=32 linkinə daxil olmaq lazımdır.

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti