Bakı. Trend:
2021-ci ildə dövlət büdcəsində nəzərdə tutulan müdafiə və təhlükəsizlik xərcləri tam təmin olunub.
Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisdə çıxışı zaman deyib.
Nazir bildirib ki, ötən ilin dövlət büdcəsində xərcləri nəzərdə tutulduğundan artıq olub və bu da pandemiya ilə bağlı əlavə xərclərlə bağlı olub.
S.Şərifov əlavə edib ki, işğaldan azad edilmiş ərazilərin bərpası üçün ayrılan vəsaitin 99 faizi icra olunub.
Dövlət büdəsində istifadə olunmayan vəsaitlər haqqında danışan nazir bildirib ki, müvafiq qurum xəzinədarlıq orqanlarından vəsaiti sifariş etməyib və ya qanunvericiliyə uyğun olaraq həmin vəsaitlərin xərclənməsi müfaviq hesab edilməyib.