...

Rayonlara sərnişin daşıyan avtobusların sazlığı necə yoxlanılır? - Nazirlikdən AÇIQLAMA

Cəmiyyət Materials 17 İyun 2022 16:23 (UTC +04:00)
Rayonlara sərnişin daşıyan avtobusların sazlığı necə yoxlanılır? - Nazirlikdən AÇIQLAMA
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının təşkili” qaydalarına əsasən, avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması zamanı onların əyləc sistemi, sükan idarə mexanizmi, xarici işıq cihazları, qabaq şüşənin şüşə silgəcləri və şüşə yuyanları, təkərlər, mühərrik və konstruksiyanın digər ünsürləri yoxlanılır.

Bu barədə Trend-in sorğusuna cavaba olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildiriblər.

Qeyd edilib ki, yoxlama avtonəqliyyat vasitəsinin hər hansı bir hissəsini sökmədən və ya çıxarmadan, texniki ölçmə vasitələrindən istifadə etməklə, əsasən, vizual şəkildə ixtisaslı mütəxəssis tərəfindən aparılır.

Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının əsas məqsədi onların reysqabağı texniki vəziyyətinin qüvvədə olan təhlükəsizlik və istismar qaydaları, normativləri, standartların tələblərinə uyğun olmasını, insanların həyat və sağlamlığının qorunmasını təmin etməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti