...

Bakıda binadan yıxılan ana və azyaşlı övladının kimliyi bilindi

Cəmiyyət Materials 20 İyun 2022 14:54 (UTC +04:00)
Bakıda binadan yıxılan ana və azyaşlı övladının kimliyi bilindi
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda binadan yıxılan ana və azyaşlı övladının adları məlum olub.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nizami rayonu, Qara Qarayev küçəsi 116 ünvanında baş verib.

Həmin binanın 7-ci mərtəbəsində yaşayan 2020-ci il təvəllüdlü Umalatova Tamerlan Tofiq oğlu balkondan 6-cı mərtəbənin balkonuna yıxılıb. Bunu görən ana 1995-ci il təvəllüdlü
Umalatova Rövşanə Rövşən qızı uşağı tutmaq istəyərkən müvazinətini itirərək uşağın arxasınca yıxılıb.

Qeyd edək ki, hər iki şəxsə ilkin tibbi yardım göstərilib, həyatları üçün hər hansı təhlükə yoxdur.

2020-ci il təvəllüdlü körpədə ümumi səthi travmalar və sıyrıqlar aşkarlanıb. Körpəyə dərhal ultrasəs müayinəsi edilib və hər hansı daxili zədələr aşkarlanmayıb. Hazırda vəziyyəti stabildir.

1995-ci il təvəllüdlü anada müəyyən əzik və kiçik travmalar müşahidə olunub. 20 həftəlik hamilə olan qadına ilkin tibbi yardım göstərilib, ultrasəs müayinəsi edilərək, Mərkəzin Doğum-Ginekologiya şöbəsinə köçürülüb. Vəziyyəti kafi qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti