...

İyunun 24-də müavinət və sosial yardımlar ödəniləcək

Cəmiyyət Materials 22 İyun 2022 09:41 (UTC +04:00)
İyunun 24-də müavinət və sosial yardımlar ödəniləcək
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İyunun 24-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub.

Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Qeyd edək ki, 2022-ci ilin yanvar-may aylarında pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə 2 mlrd. 717 mln. manat vəsait ödənilib.

Bu da ötən ilin eyni dövrünə nisbətən 7,8% və ya 198 mln. manat çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti