Bakı. Trend:
“YAŞAT” Fondu 26 İyun - Silahlı Qüvvələr Günündə Vətən müharibəsi qazilərinin və şəhid ailəsi üzvlərinin Şuşaya səfərini təşkil edib. Səfərdə Şuşanın işğaldan azad edilməsi uğrunda döyüşlərdə iştirak edən müharibə əlilləri və orada şəhidlik zirvəsinə ucalanların valideynləri iştirak ediblər. Layihə Bank Respublikanın dəstəyi ilə həyata keçirilib.
Fonddan Trend-ə verilən məlumata görə, “YAŞAT” Fondu tərəfindən öncə də bu cür səfər təşkil edilib. Belə ki, “Şəhid əmanətləri Şuşada” layihəsi çərçivəsində şəhidlərimizin övladları Şuşada ağacəkmə aksiyasında iştirak ediblər.