...

MTK şagirdi dünyanın 8-ci ən yaxşı universitetinə qəbul oldu

Cəmiyyət Materials 29 İyun 2022 10:00 (UTC +04:00)
MTK şagirdi dünyanın 8-ci ən yaxşı universitetinə qəbul oldu

Bakı. Trend:

Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin 11-ci sinif şagirdi Səid Nəsibov dünya universitetləri sıralamasında 8-ci pillədə olan UCL (University College London) universitetinə qəbul olmuşdur.

Səid dünyanın ən reytinqli universitetlərindən olan Korea Advanced Institute of Technology and Science (KAIST) , Nanyang Technological University, National University of Singapore, University of British Columbia universitetlərindən qəbul alsa da sonda UCL universitetini seçmişdir.

Səid 2022-ci ildə Qazaxıstanda keçirilən XVIII Beynəlxalq Jautikov Olimpiadasının (IZHO) İnformatika fənni üzrə gümüş medalçısı, Beynəlxalq Lütfi Zadə Olimpiadasının İnformatika üzrə bürünc medalçısı, 2021-ci ildə keçirilən VI Beynəlxalq Meqapolis olimpiadasının İnformatika fənni üzrə bürünc medalçısı, Sinqapurda keçirilən 33-cü Beynəlxalq İnformatika Olimpiadasında Bürünc medalçısı, Respublika Fənn Olimpiadalarının İnformatika fənni üzrə qızıl medalçısı, SASMO Beynəlxalq Riyaziyyat Olimpiadasının qızıl medalçısı və digər Beynəlxalq Olimpiadaların qalibidir.

Səidi, onun valideynini və əməyi keçən müəllimlərini təbrik edir və Azərbaycanı Beynəlxalq turnirlərdə layiqincə təmsil edən və ölkəmizin adını yüksəklərə qaldıran bütün gənclərə uğurlar arzulayırıq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti