Bakı. Trend:
Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrə metodoloji kömək sahəsində əməli tədbirlər görülür.
Trend-in məlumatına görə, bu barədə bu gün Ədliyyə Nazirliyində keçirilən kollegiya iclasında bildirilib.
Qeyd edilib ki, 2022-ci ildə 40 mindən çox bələdiyyə aktı üzrə inzibati nəzarət həyata keçirilib.
1.600-dən artıq akt nazirliyin təklifləri əsasında ləğv edilib və ya dəyişdirilib, habelə qanunsuz verilmiş 7.000 hektardan artıq torpaq sahəsinin geri qaytarıldığı bildirilib.