...

BMT və Azərbaycan Xəzərin səviyyəsinin azalmasının qarşısının alınması üzrə tədbirlər keçirəcək

Cəmiyyət Materials 5 İyul 2022 11:07 (UTC +04:00)
BMT və Azərbaycan Xəzərin səviyyəsinin azalmasının qarşısının alınması üzrə tədbirlər keçirəcək
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

BMT Azərbaycan hökuməti ilə birgə Xəzər dənizində dəniz səviyyəsinin azalmasının qarşısının alınması üzrə bir sıra tədbirlər keçirəcək.

Trend-in məlumatına görə, bunu BMT-nin Ətraf mühit proqramının Avropa bürosunun regional əlaqələndiricisi, Xəzər dənizinin ətraf mühitinin mühafizəsi üzrə Çərçivə Konvensiyasının müvəqqəti katibliyinin əlaqələndiricisi Mahir Əliyev Xəzər dənizinə həsr olunan beynəlxalq konfrans zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan onilliklər ərzində BMT ilə əməkdaşlıq edir və bu əməkdaşlıq qarşılıqlı səmərəyə əsaslanır.

"BMT iqlim dəyişiklikləri, ətraf mühitin mühafizəsi, su hövzələri səviyyəsinin dəyişiklikləri sahəsində tədbirlər keçirir. Bu təşəbbüslər çərçivəsində Azərbaycan tərəfi ilə Xəzər dənizinin akvatoriyasında müvafiq işlərin yerinə yetirilməsi nəzərdə tutulur". - M.Əliyev deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti