...

Azərbaycanda 40 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib

Cəmiyyət Materials 7 İyul 2022 16:31 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 40 yeni yoluxma faktı qeydə alınıb, 49 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 793 546 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 550 nəfər müalicə olunaraq sağalıb, 9 719 nəfər vəfat edib, aktiv xəstə sayı 277 nəfərdir.

Ölkədə son sutka ərzində 2 348, hazırkı dövrədək isə 6 980 033 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti