...

Həcc ziyarəti zamanı zəvvarların sayı tədricən artırılacaq

Cəmiyyət Materials 10 İyul 2022 05:24 (UTC +04:00)
Həcc ziyarəti zamanı zəvvarların sayı tədricən artırılacaq

Bakı. Trend:

Səudiyyə Ərəbistanı hakimiyyəti Həcc ziyarəti zamanı zəvvarların sayını tədricən artıracağına söz verib.

Trend-in məlumatına görə, bu barədə krallığın Həcc İşləri Nazirliyinin saytında məlumat verilib.

"Krallıq qarşıdakı illərdə Həcc ziyarəti zamanı zəvvarların sayını tədricən artırmaq planı qəbul edib, lakin bu, dünyadakı epidemioloji vəziyyətdən asılı olacaq", - deyə qeyd olunub.

2022-ci ildə Qurban bayramında Məkkədə zəvvarların ümumi sayı bir milyondan çox olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti