...

Səlim Müslümovun məhkəməsi avqustun 1-nə təyin edildi

Cəmiyyət Materials 20 İyul 2022 15:26 (UTC +04:00)
Səlim Müslümovun məhkəməsi avqustun 1-nə təyin edildi
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Samir Əli - Trend:

Mənimsəmədə təqsirləndirilən sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun məhkəməsinin vaxtı məlum olub.

Trend-in məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək məhkəmənin hazırlıq iclası avqustun 1-nə təyin edilib.

Prosesə hakim Faiq Qəniyev sədrlik edəcək.

Qeyd edək ki, Səlim Müslümov DTX tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunub.

Sabiq nazir Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Daha sonra səhhətindəki problemlərlə bağlı o, ev dustaqlığına buraxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti