...

Ötən həftə 1000 hektardan çox ərazi minalardan təmizlənib

Cəmiyyət Materials 25 İyul 2022 10:23 (UTC +04:00)
Ötən həftə 1000 hektardan çox ərazi minalardan təmizlənib

Bakı. Trend:

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlayıb.

ANAMA-dan Trend-ə bildirilib ki, iyulun 18-dən 24-dək 184 piyada əleyhinə mina, 11 tank əleyhinə mina və 181 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 953 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti