...

AQTİ ilə İzmir Katib Çələbi Universitetinin əməkdaşları arasında görüş keçirilib

Cəmiyyət Materials 25 İyul 2022 15:14 (UTC +04:00)
AQTİ ilə İzmir Katib Çələbi Universitetinin əməkdaşları arasında görüş keçirilib

Bakı. Trend:

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahəsində qabaqcıl ölkələrin təcrübəsinin öyrənilməsi, həmçinin qarşılıqlı bilik və təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədilə beynəlxalq təşkilatlar, xarici ölkələrin analoji qurumları, eləcə də elm müəssisələri ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Belə fəaliyyət çərçivəsində İnstitutun “Elmi Araşdırmalar Mərkəzi” departamenti ilə Türkiyə Respublikası İzmir Katib Çələbi Universiteti Su canlıları (balıqçılıq) fakültəsinin əməkdaşları arasında virtual formatda görüş keçirilib. Görüşdə hər iki qurum arasında balıqçılıq və akvakultura, balıq xəstəlikləri və onların diaqnostikası üzrə əməkdaşlığın qurulması, müvafiq sahədə elmi-tədqiqat layihələrinin işlənib hazırlanması və həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Görüşdə, həmçinin tərəflər arasında anlaşma memorandumunun imzalanması ilə bağlı razılıq əldə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti