...

Nəsimi rayonunda iki küçə təmir edilib (FOTO/VİDEO)

Cəmiyyət Materials 2 Avqust 2022 14:15 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Nəsimi rayonunda Cəlil Məmmədquluzadə küçəsinin 1530 metrlik hissəsi, həmçinin Nəsib bəy Yusifbəyli küçəsinin 350 metrlik hissəsi əsaslı şəkildə təmir olunub.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsində aparılan təmir işləri adıçəkilən küçənin Bakıxanov küçəsindən Əlibəy Hüseynzadə küçəsinədək olan 840 metrlik hissəsində və Nəsib bəy Yusifbəyli küçəsindən Azər Əliyev küçəsinədək olan 690 metrlik hissəsində aparılıb.

Cəlil Məmmədquluzadə küçəsinin ortalama eni 10 metr təşkil edən Bakıxanov küçəsindən Əlibəy Hüseynzadə küçəsinədək olan hissəsində aparılan işlər çərçivəsində isə zəruri olan yerlərdə piyada səkilərinin bərpası, yararsız səki daşlarının yenilənməsi işləri aparılıb. Bu istiqamətdə küçəboyu 4000 kv.m səki bərpa olunub, 2066 p /metr yeni səki daşı düzülüb. Ümumilikdə 9175 kv.m sahədə təmir aparılıb, 8300 kv.m əraziyə asfalt-beton örtüyü döşənib.

Cəlil Məmmədquluzadə küçəsinin Nəsib bəy Yusifbəyli küçəsindən Azər Əliyev küçəsinədək olan hissənin ortalama eni 21 metr təşkil edir. Anoloji işlər burda da icra olunub. Belə ki, küçəboyu 1252 p/m səki daşı qoyulub, yolayrıcılarına 414 kv.m olmaqla tamet daşları düzülüb. Ümumilikdə 14.5 min kv.m əraziyə asfalt-beton örtüyü döşənib.

2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Nəsimi rayonunda Nəsib bəy Yusifbəyli küçəsinin Cəlil Məmmədquluzadə və Mərdanov qardaşları küçələri arasında yerləşən 350 metrlik hissəsi də əsaslı şəkildə təmir olunub. Küçənin ortalama eni 14.5 metr təşkil edir.

Texnoloji ardıcıllığa uyğun olaraq, təmir işləri çərçivəsində zəruri olan yerlərdə piyada səkilərinin bərpası, yarasız səki daşlarının yenilənməsi işləri aparılıb. Bu istiqamətdə 840 kv.m piyada səkisi bərpa olunub, səkilərin kənarlarına 694 p/m səki daşı düzülüb.

Daha sonra küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub. Ümumilikdə 6772 kv.m ərazidə təmir işləri aparılıb.

Təmir işləri zamanı hər iki küçədə zəruri yerlərdə yağış barmaqlıqlarının qoyulması, kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunması və layihə hündürlüyünə qaldırılması işləri də icra olunub.

Sonuncu mərhələdə küçələr üfüqi nişanlanma xətləri, piyada zolaqları ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.

Qeyd edək ki, cari il ərzində Nəsimi rayonu ərazisində təmir edilən küçələrin ümumi uzunluğu 3 km təşkil edir.

2021-ci ildə “İnvestisiya Proqramı”na uyğun olaraq rayon ərazisində 6.4 km uzunluğa malik küçələrdə təmir işləri aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti