Bakı. Trend:
Havanın temperaturu avqustun 5-də Bakıda iqlim normasından 2.7° yuxarı olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30-34° isti, Naxçıvan MR-da 38-40°, Ordubadda 42° isti, dağlıq rayonlarda 26-28°isti, aran rayonlarında 35-40° isti olub.