...

Medianın İnkişafı Agentliyi media subyektlərinə müraciət etdi

Cəmiyyət Materials 19 Avqust 2022 10:55 (UTC +04:00)
Medianın İnkişafı Agentliyi media subyektlərinə müraciət etdi

Bakı. Trend:

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi qanunvericiliklə müəyyən olunmuş səlahiyyətləri çərçivəsində mütəmadi olaraq media subyektlərinin fəaliyyəti ilə bağlı təhlillər aparır və Agentliyin ümumi fəaliyyəti barədə hesabatlar hər ay media ictimaiyyətinə təqdim edilir.

Aparılan təhlillər göstərir ki, bəzi media subyektləri öz fəaliyyətlərində jurnalistikanın əsas norma və prinsiplərini pozmaqla, materialların hazırlanmasında birtərəfliliyə yol verməklə, qarşı tərəf və ya tərəflərin mövqeyini öyrənməməklə, həmçinin aldadıcı başlıqlardan istifadə etməklə “Media haqqında” Azərbaycan Respublikasının Qanununun və “Redaksiya siyasəti və peşə etikası” qaydalarının tələblərini pozur.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi media subyektlərini belə hallara yol verməməyə, fəaliyyətlərində “Media haqqında” Azərbaycan Respublikasının Qanununa və “Redaksiya siyasəti və peşə etikası” qaydalarına riayət etməyə çağırır, bildirir ki, belə hallar təkrarlanarsa, pozuntuya yol vermiş media subyektlərinə rəsmi xəbərdarlıq ediləcək və xəbərdarlıqlar Agentliyin rəsmi informasiya resurslarında yerləşdiriləcəkdir. Xəbərdarlığa əməl edilməyəcəyi təqdirdə isə qanunvericiliyə uyğun olaraq, növbəti tədbirlərin görülməsi təmin olunacaqdır.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi bütün media subyektlərini peşəkar və məsuliyyətli olmağa, eyni zamanda, informasiya alan tərəflərin də hüquqlarına hörmətlə yanaşmağa çağırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti