...

Azərbaycanda 72 nəfər COVID-19-a yoluxub, ölən yoxdur

Cəmiyyət Materials 5 Sentyabr 2022 20:38 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 72 yeni yoluxma faktı qeydə alınıb, 139 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 infeksiyasından ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 815 595 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 802 395 nəfər müalicə olunaraq sağalıb, 9 825 nəfər vəfat edib, aktiv xəstə sayı 3 375 nəfərdir.

Ölkədə son sutka ərzində 2 001, hazırkı dövrədək isə 7 172 037 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti