...

Bu rayonların qaz təchizatında fasilə yaranacaq

Cəmiyyət Materials 12 Sentyabr 2022 11:53 (UTC +04:00)
Bu rayonların qaz təchizatında fasilə yaranacaq

Bakı. Trend:

Sabah bir neçə rayonun qaz təchizatında fasilə yaranacaq.

“Azəriqaz” İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, “Qaz İxrac” İdarəsinə məxsus “Azadkənd-İmişli” yüksək təzyiqli Magistral Qaz Kəmərinin korroziyaya uğramış hissəsində yaranmış və müvəqqəti qarşısı alınmış qaz sızmalarının ləğvi məqsədilə, sentyabrın 13-də saat 08:30-dan etibarən "İmişli" və "Otuzikilər" QPS-lərdən qaz təchizatının dayandırılması və təmir işlərinin aparılması planlaşdırılır.

Təmir işləri görülən müddətdə İmişli rayonunun (tam olaraq), Cəbrayıl rayonundan məcburi köçkün düşmüş sakinlərin Biləsuvar rayonu ərazində kompakt yaşadığı 11 qəsəbənin, Saatlı rayonunun Məzrəli kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti