...

“Atlet-24” gəmisi əsaslı təmir olunub

Cəmiyyət Materials 15 Sentyabr 2022 06:36 (UTC +04:00)
“Atlet-24” gəmisi əsaslı təmir olunub

Bakı. Trend:

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasının “Atlet-24” kran gəmisinin əsaslı təmir işləri başa çatıb.

ASCO-dan Trend-ə bildirilib ki, təmir çərçivəsində 40 tonluq yükqaldırma qabiliyyətinə malik kran, baş mühərriklər, nasoslar, boru sistemləri təmir edilib, köməkçi mühərriklər sazlanıb. Gəminin generatorları, elektrik avadanlıqları və idarəetmə sistemləri təmir olunub.

Həmçinin işçi heyətin yaşayış şəraitini yaxşılaşdırmaq üçün yeməkxana, sanitar qovşaqlar, istirahət otağı və kayutlarlarda zəruri işlər yerinə yetirilib.

Gəmi tərsanəyə qaldırılıb, gövdənin sualtı və suüstü hissəsi təmizlənərək rənglənib. Bundan başqa, gəminin hərəkət-sükan kompleksi, dib-yan armaturları, protektor qurğuları təmir olunub.

Qırx tonluq yükqaldırma qabiliyyətinə malik kran qurğusunun sınaq işlərindən sonra gəminin hərəkət vəziyyətində mexanizm və elektrik avadanlıqları yoxlanılıb. Bu məqsədlə üzən vasitə dəniz sınağına çıxarılıb. Sınaq işləri uğurla başa çatıb və gəmi yenidən dənizçilərin ixtiyarına verilib.

“Atlet-24” kran gəmisinin təmir işləri “Bibiheybət” Gəmi Təmiri Zavodunda həm Zavodun, həm də Xəzər Dəniz Neft Donanmasının Gəmi təmiri emalatxanasının əməkdaşlarının iştirakı ilə yerinə yetirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti