Bakı. Trend:
Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda əhalinin peyvəndlənməsi üzrə ən yaxşı nəticələri göstərib.
Trend-in məlumatına görə, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin baş elmi işçisi Emin Məmmədov “İnklüziv və davamlı iqtisadiyyatlar üçün artım dinamikasının yenidən kalibrlənməsi” adlı 6-cı forum zamanı deyib.
Onun sözlərinə görə, ölkədə koronavirusa yoluxma hallarının böyük hissəsi qadınların payına düşür (54 faiz).
"Azərbaycanda karantin elan olunduqdan sonra 6 ay ərzində koronavirus xəstələrinin müalicəsi üçün 11 modul tipli xəstəxana inşa edib. Ölkədə, həmçinin operativ şəkildə virusdan müdafiə və gigiyena vasitələrinin istehsalı müəssisələr açıldı və daha sonra bu məhsullar ixrac olunmağa başladı", - deyə o bildirib.
E.Məmmədov qeyd edib ki, Azərbaycan həm də vaksinə ehtiyacı olan ölkələrə yüz minlərlə doza vaksini ödənişsiz şəkildə təhvil verməklə böyük dəstək göstərib.
"Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda əhalinin peyvəndlənməsi üzrə ən yaxşı nəticələri göstərib. Əhalinin 80 faizdən çox azı iki doza vaksinlə peyvənd olunub", - o deyib.
(Tərcümə: Orxan Nəbiyev)