...

Bakı-Qazax yolundakı qəzada xəsarət alanların vəziyyəti açıqlanıb

Cəmiyyət Materials 26 Sentyabr 2022 11:03 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı-Qazax avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım briqadaları əraziyə cəlb olunub.

Bu barədə Trend-ə TƏBİB-dən məlumat verilib. Məlumatda qeyd edilir ki, hadisə nəticəsində xəsarət alan 15 nəfər Ağstafa Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilib.

"Hazırda onlara zəruri tibbi yardım göstərilir. Xəsarət alanlardan 12 nəfərin vəziyyəti orta ağır, 3 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir. Əlavə məlumat veriləcək", - açıqlamada deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti