...

Ötən il gənclər arasında ən çox bu xəstəliklər qeydə alınıb (Statistika)

Cəmiyyət Materials 28 Sentyabr 2022 13:41 (UTC +04:00)
Ötən il gənclər arasında ən çox bu xəstəliklər qeydə alınıb (Statistika)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2021-ci ildə həyatında ilk dəfə qoyulmuş diaqnozla qeydə alınan 14-29 yaşda xəstələrin sayı 529 min nəfər və ya əhalinin hər 10000 nəfərinə hesabı ilə 2325 nəfər olub, dispanser qeydiyyatında olan xəstələrin sayı isə əhalinin hər 10000 nəfərinə hesabı ilə 1229,1 nəfər təşkil edib.

Trend-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsi tərəfindən hazırlanan "Azərbaycan gəncləri" statistik məcmuəsində qeyd edilib.

Bildirilib ki, ümumi xəstələnənlər arasında gənclərin xüsusi çəkisi az olsa da, bu problem ölkəmizdə hələ də mövcuddur. Belə ki, 2021-ci ildə 14-29 yaşda gənclərin 843 nəfərində aktiv vərəm, 274 nəfərində isə bədxassəli şiş xəstəliyi aşkar edilib və bu yaşda olan əhalinin hər 100000 nəfərinə müvafiq olaraq 37 və 12 nəfər xəstə düşüb.

Eyni zamanda 2021-ci ildə gənclərin hər 100 000 nəfərindən 1-nə alkoqolizm diaqnozu, 62 nəfərinə isə narkomaniya və ya toksikomaniya diaqnozu qoyulub.

2021-ci ildə ilk dəfə əlilliyi müəyyən edilmiş şəxslərin sayı 18,5 min nəfər olub və onların 18,4 faizini 14-29 yaşda olan gənclər təşkil edib.

2022-ci ilin əvvəlinə ölkədə idman qurğularının sayı 11,9 minə çatıb, idman seksiyalarında məşğul olanların sayı isə 394,8 min nəfər təşkil edib. Əhali arasında futbol, voleybol, şahmat, yüngül atletika, basketbol, dama, sərbəst güləş kimi idman növlərinə daha çox maraq göstərib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti