...

Ağdam, Cəbrayıl və Füzuli şəhərlərinin su ehtiyatı ilə bağlı məsələ artıq layihələndirmə mərhələsindədir - Vüqar Kərimov

Cəmiyyət Materials 30 Sentyabr 2022 14:33 (UTC +04:00)
Ağdam, Cəbrayıl və Füzuli şəhərlərinin su ehtiyatı ilə bağlı məsələ artıq layihələndirmə mərhələsindədir - Vüqar Kərimov

Trend-i buradan izləyin

Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Ağdam, Cəbrayıl və Füzuli şəhərlərinin su ehtiyatı ilə bağlı məsələ artıq layihələndirmə mərhələsindədir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

O bildirib ki, növbəti il üçün Qarabağda görüləcək işlərlə bağlı əsas istiqamət əraziyə dəymiş ziyanın aradan qaldırılmasıdır: "Bu istiqamətdə meşəbərpa işlərinin aparılması nəzərdə tutulub. O cümlədən Zəngilan və Cəbrayılda ilin sonuna qədər meşə zolaqları çəkiləcək. Qarabağ su ehtiyatı baxımından çox zəngindir. Həmin su ehtiyatları imkan verir ki, həmin bölgələr su ehtiyatına olan tələbatını ödəsin. Ağdam, Cəbrayıl və Füzuli şəhərlərinin su ehtiyatı ilə bağlı məsələ artıq layihələndirmə mərhələsindədir. Həkəri və Bərgüşad çayları üzərində də su anbarlarının tikilməsi nəzərdə tutulur", - V.Kərimov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti