...

Bu gün Beynəlxalq Həkimlər Günüdür

Cəmiyyət Materials 3 Oktyabr 2022 15:49 (UTC +04:00)
Bu gün Beynəlxalq Həkimlər Günüdür

Bakı. Trend:

Hər il oktyabrın birinci bazar ertəsi bütün dünyada Beynəlxalq Həkimlər Günü kimi qeyd edilir. Dünya Səhiyyə Təşkilatı və “Sərhədsiz həkimlər” beynəlxalq tibbi humanitar təşkilatının birgə təşəbbüsü ilə Beynəlxalq Həkimlər Günü təsis edilib. Bütün həkimlərin başlıca məqsədi – pasiyentlərin sağlamlığının yaxşılaşması və qorunmasıdır. Bu gün həyatımızı həkimlərsiz təsəvvür etmək çətindir. Bu həssas peşə sahibləri insanların onlara Allahın bəxş etdiyi ən şirin neməti olan cansağlıqlarının qoruyucularıdır.

İlin hər vaxtında, dünyanın hər bir nöqtəsində hər kəsin həkim köməyinə ehtiyacı var. Mərkəzi Gömrük Hospitalının peşəkar həkimləri Azərbaycan gömrükçülərinə, əhaliyə, o cümlədən Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən müraciət edən pasiyentlərə yüksək səviyyədə tibbi xidmət göstərirlər.

Sevindirici haldır ki, Mərkəzi Gömrük Hospitalının pasiyentləri daim öz xoş təəssüratları ilə bölüşür və öz təşəkkürlərini bildirirlər. Mərkəzi Gömrük Hospitalında qaraciyər və böyrək transplantasiyası əməliyyatları, ürək üzərində mürəkkəb cərrahi əməliyyatlar, endoprotezləşmə əməliyyatları, digər cərrahi əməliyyatlar və müxtəlif xəstəliklərin müalicəsi uğurla həyata keçirilir.

Qeyd edək ki, Beynəlxalq Həkimlər Günündə bütün dünyada seminarlar, simpoziumlar, ustad dərsləri təşkil olunur, həkimlər aktual məsələlər qaldırır və öz bacarıqlarını cəmiyyətə nümayiş etdirirlər. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin təşkilatçılığı ilə davamlı olaraq ilboyu müxtəlif konfranslar, seminarlar keçirilir. Bu tədbirlərdə Mərkəzi Gömrük Hospitalının həkimləri ilə yanaşı, Azərbaycanda fəaliyyət göstərən həkimlər də yaxından iştirak edir, əldə etdikləri bilik və bacarıqları, tibb sahəsində olan yeniliklər ilə bölüşürlər.

Hörmətli həkimlərimizi Beynəlxalq Həkimlər Günü münasibətilə təbrik edir, şərəfli fəaliyyətlərində uğurlar diləyirik!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti