...

İnkişaf və Diplomatiya İnstitutu “Jean Monnet Module” proqramı çərçivəsində təlim proqramına başlayıb (FOTO)

Cəmiyyət Materials 4 Oktyabr 2022 15:51 (UTC +04:00)
İnkişaf və Diplomatiya İnstitutu “Jean Monnet Module” proqramı çərçivəsində təlim proqramına başlayıb (FOTO)

Bakı. Trend:

ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu (“IDD”) tərəfindən təşkil edilən təlim proqramı öz fəaliyyətinə başlayıb. Proqrama nazirliklər və komitələr də daxil olmaqla 20 dövlət qurumunu təmsil edən 30 iştirakçı qoşulub.

Proqramın açılış mərasimində ADA Universitetinin prorektoru, İnkişaf və Diplomatiya İnstitutunun direktoru Dr. Fariz İsmayılzadə, İnstitutun İxtisasartırma Proqramlarının rəhbəri Nərgiz İsmayılova və Avropa İttifaqının ölkəmizdəki səfiri Peter Mixalko
iştirakçıları salamlayıblar.

İnstitutun direktoru Fariz İsmayılzadə çıxışı zamanı bildirib ki, Avropa İttifaqı (Aİ) ilə əlaqələrimiz getdikcə inkişaf edir: enerji təhlükəsizliyi, nəqliyyat, kommunikasiya, təhsil və digər sahələrdə əməkdaşlığımız güclənir. Bu səbəbdən də ictimai sektorda fəaliyyət göstərənlərin Aİ ilə münasibətlərimizi dərinndən öyrənməsi vacibdir. Təhsil sahəsindəki əlaqələrə xüsusilə toxunan Dr. İsmayılzadə ADA Universitetinin hər il 40-dək tələbəni Avropa ölkələrinə göndərdiyini qeyd edib. Əlavə edib ki, İnkişaf və Diplomatiya İnstitutu müvafiq mövzuda təşkil etdiyi təlimlər çərçivəsində Aİ ilə münasibətlərimizi daha da inkişaf etdirəcək peşəkarlar yetişdirdirir.

Avropa İttifaqının ölkəmizdəki səfiri Peter Mixalko Aİ-nin ölkəmizdə sosial sahədə aparılan islahatları dəstəklədiyini bildirib. Akademik qurumlarla vətəndaş cəmiyyəti qurumları arasındakı əməkdaşlığın vacibliyinə toxunan səfir bu istiqamətdə səylərin hər il daha da genişləndiyini diqqətə çatdırıb.

Nərgiz İsmayılova ölkəmizdə “Jean Monnet Center of Excellence” statusunu alan ilk ali təhsil qurumu olan ADA Universitetində keçirilən hazırki təlimlərin Aİ qurumları barədə məlumatlılığı artıracağını ifadə edib.

Qeyd edək ki, 5 gün davam edən təlim proqramı “IDD”nin təcrübəli ekspertləri, ADA Universitetinin müəllimləri, dövlət qurumlarının nümayəndələri və xarici ekspertlər tərəfindən tədris edilir. İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramları tərəfindən “Jean Monnet Module” proqramı çərçivəsində keçirilən təlim layihələri İtaliyanın “Ca’Foscari” Universiteti ilə birgə təşkil edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti