...

Şəhid Səbuhi Əhmədovun qardaşına 11 min manat birdəfəlik ödəmə təyin olunub

Cəmiyyət Materials 6 Oktyabr 2022 13:02 (UTC +04:00)
Şəhid Səbuhi Əhmədovun qardaşına 11 min manat birdəfəlik ödəmə təyin olunub
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Şəhid Səbuhi Əhmədovun vərəsəsi kimi qardaşı Sənan Əhmədova 11000 manat məbləğində birdəfəlik ödəmə təyin olunub.

Bunu Trend- ə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib.

O qeyd edib ki, Sənan Əhmədov aidiyyəti qurumdan vərəsəsi olmasını təsdiq edən sənədləri 4 oktyabrda təqdim edib, elə həmin gün də ona birdəfəlik ödəmə təyin olunub.

"Vətəndaşın müvafiq bank hesabına artıq ödəniş həyata keçirilib. Bu barədə ona məlumat verilib. 5 oktyabr tarixindən o banka yaxınlaşaraq kartını əldə edib, birdəfəlik ödənişini ala bilər" - deyə əlavə edib.

Hər iki valideynini itirən, SOS uşaq kəndində böyüyən Səbuhi Əhmədov sentyabrda Ermənistanın təxribatının qarşısını alarkən şəhid olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti