...

“Orqan və toxuma transplantasiyasında beyin ölümü diaqnozunun aktual aspektləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək

Cəmiyyət Materials 10 Oktyabr 2022 12:01 (UTC +04:00)

Bakı. Trend:

21 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının, Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyətinin və Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Orqan və toxuma transpantasiyasında Beyin ölümü diaqnozunun aktual aspektləri” mövzusunda Beynəlxalq Elmi Konfrans keçiriləcək.

Konfransda Beyin ölümü diaqnozunun təyin olunma meyarları, diaqnozun təsdiqində rast gəlinən problemlər, orqan və toxuma transplantasiyası işinin təşkil olunmasınnın dini, hüquqi, psixoloji aspektləri və ümumilikdə müvafiq sahədə yerli və beynəlxalq təcrübə barədə yüksəkixtisaslı mütəxəssislər tərəfindən təqdimatlar ediləcək, dinləyicilərin sualları cavablandırılacaq.

Regionlarda çalışan mütəxəssislər üçün əlçatanlığı təmin etmək məqsədilə Konfrans hibrid formatda həyata keçiriləcək. Proqrama uyğun olaraq konfrans anestezioloq-reanimatoloq, ümumi cərrah, neyrocərrah, ürək-damar cərrahı, uşaq cərrahı, psixiatr, nevropatoloq, kardioloq, ictimai səhiyyə mütəxəssisi ixtisasına malik həkimlər üçün nəzərdə tutulmuşdur.

Konfransda iştirak ödənişsizdir.

Proqramın 80 faizini tamamlayan hər bir iştirakçıya 6 DTT balı və sertifikat veriləcək.

Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək MÜTLƏQDİR!

Əlavə məlumat üçün linkə keçid edə biləriniz: https://customshospital.az/21-oktyabr-orqan-ve-toxuma-transpantasiyasinda-beyin-olumu-diaqnozunun-aktual-aspektleri/

Qeydiyyatdan keçmək üçün link: https://forms.gle/msLzy9XGQi16D6S3A

Məqalədə:
Xəbər lenti

Xəbər lenti