...

DGK sədrinin birinci müavini Lənkəranda vətəndaşları qəbul edəcək

Cəmiyyət Materials 17 Oktyabr 2022 14:19 (UTC +04:00)
DGK sədrinin birinci müavini Lənkəranda vətəndaşları qəbul edəcək

Bakı. Trend:

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağı­rov oktyabrın 21-də saat 11:00-da Astara şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Astara şəhəri, İstiqlaliyyət küçəsi 23 b) Astara, Lerik və Lənkəran rayonlarından olan vətəndaşları qəbul edəcək.

Komitədən Trend-ə verilən məlumata görə, qəbul zamanı Astara, Lerik və Lənkəran rayonları sakinlərinin gömrük məsə­lələri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar "195" Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq və ya Komitənin rəsmi internet səhifəsinin "Müraciətlər" və "Virtual qəbul" bölmələrindən daxil olmaqla (https://customs.gov.az/az/muracietler/sedre-mektub/) qəbula yazıla bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti