...

Şuşada TDT Müsəlman Dini İdarələrinin Rəhbərləri Şurasının Əsasnaməsi imzalanıb (FOTO)

Cəmiyyət Materials 20 Oktyabr 2022 12:08 (UTC +04:00)
Şuşada TDT Müsəlman Dini İdarələrinin Rəhbərləri Şurasının Əsasnaməsi imzalanıb (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Şuşa. Trend:

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Müsəlman Dini İdarələrinin Rəhbərləri Şurasının Əsasnaməsinin imzalanması mərasimi keçirilib.

Trend-in Şuşaya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, sənədi TDT-nin baş katibi Bağdad Amreyev, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Türkiyə Diyanət İşləri başkanı Əli Erbaş, Özbəkistan müftisi Nuriddin Xoliknazarov, Qazaxıstanın baş müftisi Naurızbay Taqanulı, Qırğızıstan müftisi Zamir Rakiyev, Türkmənistan müftisi Yalkab Xocaquliyev imzalayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti