Şuşa.Trend:
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin müsəlman dini liderləri birgə bəyanat qəbul ediblər.
Trend-in Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, birgə bəyanatda qeyd edilir ki, təşkilata üzv dövlətlərdə din-dövlət münasibətlərinin təkmilləşdirilməsi üçün müvafiq qurumlar arasında əlaqələrin möhkəmləndirilməsi üçün müvafiq layihələr hazırlanacaq. Birgə elmi və dini mərkəzlər yaradılacaq.
Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini liderləri Şuşa şəhərindədir. Mədəniyyət paytaxtında TDT Müsəlman Dini İdarə rəhbərləri Şurasının Əsasnaməsi imzalanıb.
Bundan başqa dini liderlər Şuşanın Yuxarı Gövhərağa məscidində birgə namaz qılacaqlar.