...

Ombudsmanların və Milli İnsan Hüquqları Təsisatlarının Bakı Beynəlxalq Konfransı başa çatıb (FOTO)

Cəmiyyət Materials 20 Oktyabr 2022 13:50 (UTC +04:00)
Ombudsmanların və Milli İnsan Hüquqları Təsisatlarının Bakı Beynəlxalq Konfransı başa çatıb (FOTO)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ombudsman Aparatının 20 illik yubileyinə həsr edilmiş “Ombudsmanların və milli insan hüquqları təsisatlarının biznes və insan hüquqları sahəsində rolu” mövzusunda Ombudsmanların və Milli İnsan Hüquqları Təsisatlarının Bakı Beynəlxalq Konfransı bu gün başa çatıb.

Trend-in məlumatına görə, beynəlxalq konfransın məqsədi ölkəmizdə insan hüquqlarının müdafiəsi, təmini və təşviqi sahəsində həyata keçirilən islahatları beynəlxalq səviyyədə təbliğ etmək, biznes və insan hüquqları sahəsində tendensiyalar və çağırışlar haqqında müzakirələr aparmaq, habelə bu sahədə müsbət təcrübələri bölüşməkdir.

Qeyd edək ki, konfransda Azərbaycan Ombudsmanı Səbinə Əliyevanın təşəbbüsü ilə İslam Əməkdaşlıq Təşkilatı Ombudsmanlar Assosiasiyasının nümayəndələri, o cümlədən Türkiyə, Pakistan, Mərakeş, İran, İndoneziyadan nümayəndələr iştirak ediblər.

Sonda konfransın bəyannaməsi qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti