Bakı. Trend:
Son illərdə Akademiyanın beynəlxalq əlaqələri genişlənib, amma etiraf etmək lazımdır ki, bu gün cənab Prezident İlham Əliyevin açdığı magistral istiqamətlərə tam cavab vermir.
Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin çərşənbə axşamı keçirilən iclasında AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli deyib.
O qeyd edib ki, AMEA bu gün Avropa və Avrasiyanın heç bir nüfuzlu beynəlxalq elmi təşkilatının, assosiasiyasının üzvü deyil.
"Asiya Elmlər Akademiyasının üzvü olsaq da, heç bir layihələrində, qrant proqramlarında iştirak etmirik. Beynəlxalq elmi təşkilatlarla əlaqələrimizin genişlənməsi istiqamətində yeni imkanlar açmalıyıq", - deyə İ. Həbibbəyli əlavə edib.