...

Bakıda Zəfər Gününə həsr olunmuş veloyürüş keçiriləcək

Cəmiyyət Materials 2 Noyabr 2022 04:25 (UTC +04:00)
Bakıda Zəfər Gününə həsr olunmuş veloyürüş keçiriləcək

Bakı. Trend:

Noyabrın 5-də Azərbaycan Velosiped Federasiyasının, Səbail Rayon Gənclər və İdman İdarəsinin, “Davam” Gənclər Hərəkatının birgə təşkilatçılığı, Səbail Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Zəfər Gününə həsr olunmuş veloyürüş keçiriləcək.

Trend xəbər verir ki, Vətən müharibəsi qaziləri, müxtəlif gənclər təşkilatlarının nümayəndələri və digər həvəskar velosipedçilər, həmçinin Azərbaycan milli komandasının üzvlərinin iştirak edəcəyi veloyürüşə Azneft dairəsindən start veriləcək. İştirakçılar Dənizkənarı Bulvarla hərəkət edib Hərbi Qənimətlər Parkının qarşısında yürüşü başa vuracaqlar. Daha sonra Qənimətlər Parkına baxış keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti