...

Məişət xarakterli müzakirələrdən dərin təhsil siyasəti mövzularına keçməliyik - Emin Əmrullayev

Cəmiyyət Materials 5 Noyabr 2022 10:43 (UTC +04:00)
Məişət xarakterli müzakirələrdən dərin təhsil siyasəti mövzularına keçməliyik - Emin Əmrullayev
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Təhsil sisteminin və siyasətinin mahiyyəti barədə cəmiyyətimizdə məişət xarakterli müzakirələrdən dərin təhsil siyasəti mövzularına keçməliyik.

Trend-in məlumatına görə, bunu şənbə günü elm və təhsil naziri Emin Əmrullayev Təhsildə Yeni Çağırışlar III Beynəlxalq Forumunda çıxış edərkən deyib.

Nazir bildirib ki, müqayisə edilə bilən və dinamikanı göstərə bilən indikatorlara fokuslanmaq lazımdır.

"Təhsildə elmilik olmalıdır, amma onun da meyarı var.Əgər mən təhsilimizi tənqid etmək istəsəm, beynəlxalq qiymətləndirmə meyarlarına baxardım. Orada bizi tənqid etmək üçün daha əsaslı arqumentlər var", - deyə nazir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti