Bakı. Trend:
Azərbaycanda nadir hallarda rast gəlinən ixtioz (kəpənək) xəstəliyi üzrə dövlət proqramı hazırlanır.
Trend-in məlumatına görə, bunu səhiyyə nazirinin müavini Rasim İsmayılov noyabrın 10-da Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə, Mədəniyyət komitələrinin birgə iclasında 2023-cü ilin dövlət büdcəsinin müzakirələri zamanı deyib.
O qeyd edib ki, aparılan təhlillərə əsasən ölkədə hazırda 300-400 belə xəstə qeydiyyatdadır: “Bu xəsətliyin artmaması üçün mütləq dövlət proqramına zərurət var. Dövlət proqramı hazırlanaraq Maliyyə Nazirliyi və aidiyyəti dövlət qurumlarının razılışmasına təqdim ediləcək”, - deyə o qeyd edib.