...

Ümumdünya Uşaqlar Günü çərçivəsində Ombudsman Aparatında görüş keçirilib (FOTO)

Cəmiyyət Materials 12 Noyabr 2022 10:07 (UTC +04:00)
Ümumdünya Uşaqlar Günü çərçivəsində Ombudsman Aparatında görüş keçirilib (FOTO)

Bakı. Trend:

BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı, Elm və Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyi tərəfindən birgə icra edilən 20 Noyabr – Ümumdünya Uşaqlar Gününə həsr edilmiş kampaniya çərçivəsində əhalinin həssas kateqoriyasına aid bir qrup uşağın müxtəlif qurumlara səfərləri və rəhbər şəxslərlə görüşləri təşkil edilir.

Şərti olaraq “Uşaqlar vəzifə başında” adlandırılan, uşaqların erkən yaşlardan idarəetmə və qərarvermə bacarıqlarının inkişaf etdirilməsi və özünə inam hissinin artırılmasına dəstək məqsədi daşıyan növbəti belə görüş Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ilə keçirilib.

Görüş zamanı uşaqlar İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının fəaliyyəti barədə geniş məlumatlandırılıb, eləcə də Səbinə Əliyeva ilə birgə idarəetmə prosesində fəal iştirak edərək, ölkəmizdə uşaq hüquqlarının təmin edilməsi ilə bağlı maraqlı təklif və təşəbbüslərlə çıxış ediblər.

Qeyd edək ki, kampaniya uşaq hüquqlarını təşviq etmək, məktəb icmaları, ictimaiyyət nümayəndələri arasında maarifləndirmə işi aparmaq, eyni zamanda uşaqların bilik və bacarıqlarının artırılmasına və fərdi inkişafına töhfə vermək məqsədilə həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti