...

Laminat vinirlərin üstünlükləri nələrdir? - Dr. Shamil Rzayev (VİDEO)

Cəmiyyət Materials 21 Noyabr 2022 11:23 (UTC +04:00)
Laminat vinirlərin üstünlükləri nələrdir? - Dr. Shamil Rzayev (VİDEO)

Bakı. Trend:

Dişlərinizdə çürüklər, sürtülmələr, mikro-çatlar və ya quruluş anomaliyaları ilə əlaqədar dözünüzdən əmin bir şəkildə gülümsəyə bilmədiyiniz hallarda, dişlərinizə bu üsulla təbii bir gözəllik bəxş etmək mümkündür. Əvvəllər dişlərin bu cür patologiyalarında “plombalar” və tam qapaqlar problemin tək həlli idi, lakin bu günümüzdə laminat vinirlər ilə müalicə kimi yeni alternativlər mövcuddur. Bu yeni üsulun üstünlükləri:

– Kiçik bir müdaxilə ilə çox qısa müddətdə sağlam və təbii bir görünüş əldə edilir;

– Dişiniz sadəcə bir dırnaq qalınlığında yonulur və ya heç yonulmur;

– Təmiz, rəngləri dəyişilməyən və davamlı maddələrdən hazırlanır;

– Dişlərinizin təbii quruluşunu pozmadan istədiyiniz estetik görünüşə sahib olmaq sadəcə laminat vinir ilə mümkündür; diş üzərində ya heç bir dəyişiklik edilməz ya da çox az dəyişiklik edilərək nəticənin daha mükəmməl olması təmin edilə bilər; onsuzda dişin üzərindən yonulan qalınlıq 0,3-0,7 mm-dən çox olmur; beləcə heç bir dişin yonulmasına (kiçildilməsinə) gərək qalmır.

– Müalicənin laboratoriya mərhələsi sadəcə 3-4 gündür; bu müddətin sonunda üzünüzlə tamamən bütünləşmiş və süni olduğu qətiyyən hiss olunmayan yeni dişlərinizlə rahatlıqla gülümsəyə bilərsiniz.

-Görünüşünüzdən məmnun qalmadığınız dişlərinizin bir sürəti (kopyası) əldə edilərək üzərində dəyişiklik edilə bilir. Yəni, dişlərinizə heç bir müdaxilə edilmədən əvvəl, dişlərinizdə olunacaq dəyişikliyi əvvəlcədən sizə göstərmək mümkündür.

Müayinəyə yazılmaq üçün +994557339320

Facebook: https://www.facebook.com/profile.php?id=100063717906163

Instagram: https://www.instagram.com/dr_shamilrzayev/

Video:

Xəbər lenti

Xəbər lenti