Bakı. Trend:
Azərbaycanda Həkəri çayı üzərində ölkənin ən böyük dəmir yolu körpüsü tikilir.
Azərbaycan Dəmir Yollarından Trend-ə verilən məlumata görə, tikilməkdə olan körpünün uzunluğu 418 m, eni isə 6,5 m-dir.
13 aşırımlı körpünün dayaqları və aşırım qurğusunun konstruksiyası dəmir-beton olacaq.