...

AZƏRTAC-ın İdarə Heyətinin yeni sədri kollektivə təqdim olunub

Cəmiyyət Materials 28 Noyabr 2022 19:33 (UTC +04:00)
AZƏRTAC-ın İdarə Heyətinin yeni sədri kollektivə təqdim olunub

Bakı. Trend:

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri vəzifəsinə təyin olunan Vüqar Əliheydər oğlu Əliyev noyabrın 28-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tərəfindən kollektivə təqdim olunub.

Trend xəbər verir ki, təqdimatda Hikmət Hacıyev çıxış edərək Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrini çatdırıb.

Vüqar Əliyev ona göstərilən etimada görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti